TEXNOLOGİYA

MetaAge investisiyaları 1 milyon dollara yaxınlaşdı

0

Texnologiya dünyasında internetin yeni modeli kimi qəbul edilən metaverse konsepsiyası özü ilə dinamik bir iqtisadi trend irəli sürməkdədir. Bu günlərdə ABŞ bankı Citigroup blokçeyn üzərində qurulan və kriptovalyutalarla əməliyyat edilə bilən metakainat iqtisadiyyatının 2030-cu ilə qədər 8-13 trilyon dollara çatacağını proqnozlaşdırıb.

Mövzu ilə bağlı fikirlərini mətbuat ilə bölüşən MetaAge layihəsinin qurucusu və layihə rəhbəri Mustafa Ekinci “Metakainat platformamız MetaAge qlobal bazarlara mümkün qədər tez açılmağı hədəfləyir. Sayımızın qısa müddətdə 10 mini keçməsi kainatımızı dünyaya mümkün qədər tez tanıtmaq və göstərmək istəyimizi artırır. Artıq ilk torpaq tədarükü, NFT kolleksiyalarının satışı və beta prosesinə keçidimiz var”.

Mustafa Ekinci ilk virtual görüşünü MetaAge-də keçirən investisiya konsaltinqi şirkəti Trem Global-ın da investorları arasında yer aldığı virtual kainatın ilkin mərhələdə sərmayelərinin 1 milyon dollara yaxın olduğuna da bildirdi.

MetaAge-in Solana veb ekosisteminə aid NFT kolleksiyalarının da satıldığı mərkəzləşdirilməmiş blokçeyn olduğunu vurğulayan Mustafa Ekinci bildirib ki, “0,01 dollardan aşağı ödənişlərlə saniyədə 50 mindən çox əməliyyat həyata keçirə bilən bu blokçeyn milyardlarla istifadəçi tərəfindən seçilir. Müraciət haqlarını çox aşağı saxlayan və bu şəkildə böyüyən Solana Ethereum ilə müqayisədə əməliyyat haqlarında 60 qat xərc üstünlüyü təmin edir. Yəni Ethereum-da orta əməliyyat haqqı 4-12 dollar arasında dəyişir, Solana isə hər əməliyyat üçün 0,00025 dollar xidməthaqqı alır. Solana blokçeynində MetaAge qurmağımızın ən böyük səbəbi budur”.

House of the Dragon-dan yeni treyler yayımlandı

Əvvəlki

Google oğurlanmış şifrələri avtomatik olaraq əvəz edəcək

Sonrakı
Login/Sign up