TEXNOLOGİYA

Meta öz kriptovalyuta cüzdanını təqdim etməyə hazırlaşır

0

Metakainat üçün VR eynəkləri dizayn edən və məşhur geyim brendləri ilə sövdələşmələr edən Meta öz kriptovalyuta cüzdanını təqdim etməyə hazırlaşır.

Facebook – yeni adı ilə Meta, metaverse kainatına diqqət ayıran ən böyük şirkətlərdən biridir. Meta bir müddətdir ki, insanların işlədiyi, əyləndiyi və sosiallaşdığı virtual aləm üzərində işləyir. Bu məqsədlə VR eynəkləri dizayn edən və artıq məşhur geyim brendləri ilə müqavilələr bağlayan Meta bu kainatda istifadə olunacaq kriptovalyutalar üçün rəqəmsal pul kisəsini təqdim etməyə hazırlaşır.

Meta-nın baş direktoru Mark Zukerberq şirkətin insanlara rəqəmsal aktivlərini və ödənişlərini idarə etməyə imkan verəcək rəqəmsal pul kisəsi üzərində işlədiyini açıqladı. Meta bu addımı ilə metaverse kainatın nə qədər ciddi bir sahə olduğunu bir daha sübut etdi.

Zukerberq Facebook-dakı paylaşımında bu açıqlamaları verdi:

“Meta baza üçün Meta Pay və rəqəmsal pul kisəsi ilə tanış olun. Bu gün biz Facebook Pay-i Meta Pay-a dəyişdirməklə ilk addımı atırıq. Facebook, Instagram, WhatsApp, Messenger və Facebook Pay istifadə edə biləcəyiniz hər yerdə alış-veriş etmək, pul göndərmək və ianə etmək üçün ən asan yol olmağa davam edəcək. Lakin mövcud funksiyalardan əlavə, biz yeni bir şey üzərində işləyirik.”

Zukerberq bildirir ki, onun yeni rəqəmsal pul kisəsi məzmun yaradıcıları üçün bir sıra üstünlüklər yaradacaq. O, öz paylaşımında “Rəqəmsal məhsullarınızı nə qədər çox yerdən asanlıqla istifadə edə bilsəniz, onlara bir o qədər çox dəyər qatarsınız” ifadələrinə yer verib.
Meta-nın yeni kriptovalyuta cüzdanının nə vaxt satışa çıxarılacağını hələ bilmirik. Şirkət metakainat üçün investisiyalarını davam etdirir. Zukerberq əvvəlki açıqlamasında metaverse kainatda 1 milyard insana çatmağı hədəflədiyini açıqlamışdı.

Huawei Mate Xs 2 təqdim edildi

Əvvəlki

Xiaomi 12S seriyasının təqdimat tarixi açıqlandı

Sonrakı
Login/Sign up