FACEBOOK

Meta BMW ilə əməkdaşlıq edəcək

0

Meta BMW ilə əməkdaşlıq edəcəyini açıqladı. Şirkət AR (artırılmış reallıq) aktivləşdirilmiş, AI (süni intellekt) dəstəkləyən Project Aria adlı ağıllı eynək üzərində işləyir. Dünənki tədbirdə bildirildi ki, bu eynəklər avtomobillərdə sınaqdan keçiriləcək.

Bu ağıllı eynəklərin nəqliyyat vasitələrində istifadəsi ilə bağlı narahatlıqlar hələ də qalmaqdadır. Bu layihə ilə şirkət smart eynək taxarkən sürücülük təcrübəsini sınaqdan keçirəcək. Bu arada onu da qeyd edək ki, Facebook-un Ray-Ban Stories eynəkləri avtomobil istifadəsi zamanı tövsiyə edilmir.

Facebook bildirir ki, BMW ilə ortaq şəkildə sınaqdan keçirəcəyi Aria ağıllı eynəkləri satışa qısa müddətdə çıxarılmayacaq.

Belə layihələrlə şirkət virtual obyektləri və real dünyanı süni intellektlə uyğunlaşdırmağı qarşısına məqsəd qoyub. Eyni zamanda bu artırılmış reallıq eynəklərində gündəlik fəaliyyətləri izləyən kameralar olacaq.

Ethereum-dan yeni rekord

Əvvəlki

Çip böhranı Apple-a da təsir etdi

Sonrakı
Login/Sign up