ƏYLƏNCƏMUSİQİOYUN

Məşhur müğənni Bruno Mars Fornite oyununda qarşımıza çıxacaq

0

Fortnite rəqəmsal oyun dünyası getdikcə real dünya ulduzları ilə dolu bir məkana çevrilir. Oyunu oynayarkən qarşınıza Amerikalı müğənni və bəstəkar Bruno Mars çıxarsa, təəccüblənməyin, çünki Bruno Mars oyun içində etdiyi bir rəqs ilə Battle Royale dünyasına giriş edəcək.

Bruno Mars Fortnite oyununda yer alacaq ilk məşhur deyil. Bundan əvvəl Marvel personajları kimi bir çox populyar simalar da Fortinate-də oyunçuları sevindirib.

Fortnite Tyler “Ninja” Blevins kimi yayımçıları və Braziliya futbol ulduzu Neymar kimi bir çox böyük adları oyuna gətirmişdi.  Son zamanlarda isə xüsusilə musiqiçilər oyunun əsas diqqət mərkəzinə çevrilib.

Marshmello və Travis Scott əvvəllər oyun içində böyük konsertlər təşkil etmişdilər. Koreyanın məşhur BTS musiqi qrupu isə oyun içində bir klip yayımlamışdı. Epic Games daha çox musiqiçini oyuna cəlb etmək üçün öz musiqi səhnəsini belə qurdu.

Fortnite bu sayədə daha çox oyunçunun sevimlisinə çevrilir və bütün təbəqələrdən olan insanları özünə cəlb edərək böyüməyə davam edir.

Tesla istehsal ediləndən daha çox satıldı

Əvvəlki

Super Mario Bros oyunu rekord qiymətə satıldı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up