XƏBƏRLƏR

Meşə yanğınları NASA -nın peyk görüntülərində əks olundu

0

Çox böyük təəssüf hissi ilə bildiririk ki, 29 iyul tarixindən şiddətli yanğınlar qardaş Türkiyənin Antalya şəhərinin Manavgat bölgəsini cənginə alıb.

Gedişatı ürək ağrısı ilə izlədiyimiz bu günlərdə NASA-dan təəccüb doğuran bir xəbər gəldi. Ölkənin böyük bir hissəsində baş verən meşə yanğınları NASA -nın peyk görüntülərində əks olundu.

NASA öz peykləri ilə Türkiyə də daxil olmaqla, demək olar ki, bütün dünyanı izləyir və görüntüləri açıq şəkildə yayımlayır. Bu görüntülər həm tədqiqatçılar, həm də həvəskarlar üçündür.

NASA eyni zamanda yalnız meşə yanğınlarını müşahidə etməyə imkan verən bir peyk məlumat bazasına malikdir. Bu bazadan Türkiyədəki meşə yanğınlarının baş verdiyi bölgələri müşahidə etmək çətin deyil.

Antalyanın Manavgat bölgəsində baş verən yanğın dünəndən bəri çox ciddi ölçülərə çatıb. Peyk görüntülərindəki qırmızı sahələr də cənub -şərq bölgəsindəki meşə yanğınlarının şiddətini göstərir. Xəritədə cənub -şərqdən kənarda digər yanğınları da müşahidə etmək olur.

Facebook və Google işçilərinə peyvənd məcburiyyəti

Əvvəlki

3D pişik olan “Calico” Tokioda xalqı salamlayır

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up