BİZNESMALİYYƏ

Mastercard Bitcoin ilə ödənişi mümkün edəcək

0

Mastercard, Honq-Konqun kripto maliyyə firması Amber Group, Taylandın kriptovalyuta birjası Bitkub və Avstraliyanın ticarət platforması Coinjar ilə əl-ələ verdiyini açıqladı. Bu tərəfdaşlıq sayəsində bölgədəki istifadəçilər və müəssisələr kriptovalyuta ilə dəstəklənən kredit və debet kartlardan istifadə edə biləcəklər.

İstənilən bankın Mastercard kart sahibləri alış zamanı Bitcoin və digər aktivlərini öz ölkələrinin valyutasına çevirə və sonra bu məbləği Mastercard ödənişlərini qəbul edən istənilən alış-verişdə onlayn və ya oflayn rejimdə xərcləyə biləcəklər.

Mastercard bildirib ki, tərəflər arasında bu əməkdaşlıq Asiyada kriptovalyutalara marağın bütün zamanların ən yüksək həddə yüksəlməsi fonunda baş verib.

GTA: The Trilogy oyunu üçün ön yükləmə aktivdir

Əvvəlki

Twitter Blue abunəliyi ABŞ-də də əlçatan olacaq

Sonrakı
Login/Sign up