ROBOT

Mars roveri Perseverance xarab oldu

0

ABŞ Aerokosmik Agentliyi (NASA) tərəfindən Marsa göndərilən Perseverance adlı rover qaya nümunələrini toplayarkən ciddi problem yaranıb.

Planlaşdırıldığı kimi qaya nümunələrini toplamağa başlayan Perseverance qaya parçalarını özünə çəkib, bəzi qaya parçaları giriş kamerasına ilişib. Bu, cihazın işini məhdudlaşdırıb.

Problem çox sadə olsa da, cihazın bir neçə milyon kilometr uzaqda olması həlli çətinləşdirir.

Amma bu o demək deyil ki, Perseverance artıq nümunə toplaya bilməyəcək. NASA-nın baş mühəndisi Louise Jandura, sistemin ilişmiş qaya parçalarına baxmayaraq işləyə biləcək şəkildə qurulduğunu söyləyib.

Kosmik gəminin ilk dəfə qaya qırıqlarını təmizləmək məcburiyyətində qaldığını bildirən NASA mühəndisi bu prosesin bir qədər vaxt apara biləcəyini və sonra cihazın yenidən nümunələr toplamağa davam edəcəyini bildirib.

Nümunələrin elm adamlarına rover Yerə qayıtdıqdan sonra milyardlarla il əvvəl qırmızı planetdə həyatın olub-olmadığını araşdırmaqda kömək edəcəyi gözlənilir.

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) sentyabrın 1-də roverdən əldə edilən məlumatların Marsdan ilk qaya nümunəsinin uğurla götürüldüyünü göstərdiyini bildirmişdi.

Qeyd edək ki, NASA-nın Kaliforniyadakı Jet Propulsion Laboratoriyasında qurulan və plutonium yanacağı ilə işləyən Perseverance roveri 30 iyul 2020-ci ildə buraxıldıqdan təxminən 7 ay sonra, fevralın 18-də Marsa enib.

Marsa göndərilən vasitələr arasında ən qabaqcıl texnoloji xüsusiyyətlərə malik olan “Perseverance”in Qırmızı Planetdəki yeni missiyasının həyata keçirilməsi üçün infrastruktur işlərinə 2,4 milyard dollar, enişi mümkün edən sistemə isə 300 milyon dollar xərclənib.

Google Meet yeni bir özəlliyi test etməyə başladı

Əvvəlki

STALKER 2-nin yeni qərarı pərəstişkarlarını məyus etdi

Sonrakı

Rəylər

Login/Sign up