APPLEIPHONE

Marketdən alma sifariş etdi, iPhone qazandı

0

Böyük şirkətlər vaxtaşırı maraqlı kampaniyalar həyata keçirirlər. Belə kampaniyalardan biri də bu yaxınlarda İngiltərədə baş tutdu.

İngiltərədə yerləşən Tesco supermarketlər şəbəkəsi mağazalarından onlayn alış-veriş edənlər arasından lotereya yolu ilə təsadüfi seçilmiş müştərilərinə texnologiya məhsulları hədiyyə etdi.

Maraqlı hadisə isə 50 yaşlı Nick James-in başına gəldi. Tesco-dan onlayn alış-veriş edən Jamesin alış-veriş siyahısına əlavə etdiyi məhsullardan biri alma olur. Sifarişini götürərkən mağaza işçisi James-ə məhsulların içərisində onu sürpriz gözlədiyini deyir. Məhsulların arasından iPhone SE 2020 çıxır. iPhone qazanan şanslı James almaları ilə birlikdə yeni iPhone-nu da əldə edir.

Supermarketlər şəbəkəsi Tesco, iPhone SE (2020)-dən başqa kampaniya daxilində müştərilərinə AirPods kimi digər hədiyyələr də təqdim edir.

Bu hədiyyələr alınmış məhsullar ilə oxşarlıq təşkil edir. Hədiyyə siyahısı isə belədir:

  • Alma sifariş edənlər üçün iPhone SE (2020) qazanma şansı.
  • Mini Cheddar sifariş edənlər üçün iPhone 12 Mini qazanma şansı.
  • Südlü Galaxy şokolad sifariş edənlər üçün Samsung Galaxy S21 qazanma şansı.
  • Qulaq təmizləmə çöpü sifariş edənlər üçün GalaxyBuds qazanma şansı.
  • Morina balığı sifariş edənlər üçün AirPods qazanma şansı.
  • Çörək sifariş edənlər üçün Motorola E7 qazanma şansı.
  • Uşaq bezi sifariş edənlər üçün Galaxy Fit 2 qazanma şansı.

Sosial mediada haqqında çox danışılan Save Ralph filmi

Previous article

Love Death + Robots 2-ci mövsümünün çıxış tarixi açıqlandı

Next article

You may also like

Comments

More in APPLE