TEXNOLOGİYA

MagDart MagSafe-ə rəqib gəlir

0

Texnologiya aləmində öz innovasiyaları ilə ilklərə imza atan Apple hər zaman bazara çıxardığı yeni məhsulları ilə digər texnologiya istehsalçılarına ilham mənbəyi olmuşdur.

Belə yeniliklərdən biri də iPonlara naqilsiz şarj etmə imkanı verən MagSafe-dir.  MagSafe texnologiyasının böyük müvəffəqiyyətindən sonra digər şirkətlər də  bu mövzu üzərində işləməyə başladılar. Son illərdə smartfon bazarında özündən danışdırmağı bacaran Realme-nin də MagSafe kimi bir şarj texnologiyası üzərində çalışdığı ortaya çıxdı.

Bu yeni texnologiya MagDart adlanacaq. Əldə olunan məlumatlara görə, şirkət bu texnologiyanı gələn həftə çıxacaq yeni flaqman Realme Flash ilə birlikdə təqdim edəcək. Bu yeni mobil telefon modelinin dünyada naqilsiz şarj ola bilən ilk Android telefonu olacağı gözlənilir.

Lamb qorxu filminin ilk treyleri yayımlandı

Əvvəlki

Nokia tablet istehsal etməyə hazırlaşır

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up