TEXNOLOGİYA

LG-dən oyunsevərlərə möhtəşəm xəbər

0

İstehsal etdiyi keyfiyyətli texnoloji cihazları ilə böyük istifadəçi kütləsinə sahib olan LG smartfon bazarından geri çəkildi və bütün gücünü daha təcrübəli olduğu sektora yönəltməyə qərar verdi.

Xüsusilə OLED panellərdəki təcrübəsi ilə seçilən şirkət bu təcrübəsini oyunsevərləri sevindirmək üçün istifadə edəcək.

Bazarda hər istifadəçiyə çatmaq istəyən şirkət bir çox insanın televizorlarını eyni zamanda monitor olaraq istifadə etmək istədiklərini bilir. Bu səbəbdən LG texnologiya aləmindəki 3 möhtəşəm özəlliyi bir güncəlləmə ilə öz TV modellərində birləşdirəcək.

Bu özəlliklər Dolby Vision, 4K və 120Hz yeniləmə sürətidir. Bu nəhənglərlə ayrı-ayrılıqda çox cihazda qarşılaşmışıq. Möhtəşəm olan hər üç özəlliyin ilk dəfə eyni bir cihazda bir araya gələ bilməsidir.

Bu 3-lü kombinasiya yüksək görüntü keyfiyyətini yüksək sürətlə birləşdirdiyi üçün video oyun həyəcanını on qat artıracaq.

Şirkətin təqdim edəcəyi Dolby Vision-un 4K 120Hz yeniləməsi əvvəlcə LG C1 və G1 seriyası OLED televizorlarına gələcək. Gələn ay OLED Z1, QNED Mini LED QNED99 və NanoCell NANO99 seriyaları güncəlləməni alacaq.

Galaxy F22-nin çıxış tarixi açıqlandı

Previous article

Galaxy Z Flip 3 dizaynını göstərən video yayımlandı

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA