ƏYLƏNCƏFİLM

Lamb qorxu filminin ilk treyleri yayımlandı

0

Qorxu filmi sevənlər, yaxın əyləşin, bu xəbər sizi “qorxudacaq”. Skandinaviya istehsalı olan qorxu filmi “Lamb”-in ilk treyleri yayımlandı. Tükürpərdici görünən treylərdən filmin əsas mövzusu başa düşülür.

Lamb-in baş rolunda Noomi Rapace rol alır. İsveç əsilli aktrisa əvvəllər də bir neçə qorxu və aksiyon filmində rol alıb. Oynadığı filmlər arasında Prometheus, Close, Unlocked, The Girl with the Dragon Tattoo, Alien: Covenant, Bright və Sherlock Holmes kimi filmlər var.

Treylerdən göründüyü qədəri ilə Rapace, əri ilə birlikdə İslandiyanın ucqar bir yerində çobanlıqla məşğul olan bir qadının rolunu oynayır. Rapace-in qoyunlarından biri qəribə insan xüsusiyyətləri olan bir quzu doğur və hadisələr qəribə quzunun ətrafında cərəyan edir.

Filmdə Björn Hlynur Haraldsson (The Witcher) və Ingvar Sigurdsson (Fantastic Beasts: The Crimes of Grindelwald) da rol alır. Rapace 2019-cu ildə filmdə rol almağa imza atdıqdan bir müddət sonra film haqqında danışır. O, belə bir ssenarinin nadir hallarda olduğunu və mütləq bu rolu oynamalı olduğunu söyləyir.

Lamb 8 oktyabr 2021-ci ildə yayımlanacaq.

Nokia 6310 yenilənərək satışa çıxarıldı

Əvvəlki

MagDart MagSafe-ə rəqib gəlir

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up