TEXNOLOGİYA

Jeff Bezos deyir ki, kosmos yeni evimiz olacaq

0

Amazon və Blue Origin şirkətlərinin qurucusu Ceff Bezos bu yaxınlarda 2021 Ignatius Forumunda çıxış etdi. Dünyanın ən zəngin insanlarından biri olan Bezos kosmos həyatı haqqında fikirlərini açıqladı. Milyarder forumda kosmik səyahətin gələcəyi ilə bağlı hər kəsi təəccübləndirən fikirlərini bildirdi. O, dünyanın gələcəkdə qorunan milli parka bənzəyəcəyini deyərək öz nitqinə başlayıb.

Bezos forumda “Yüzilliklər boyu insanların çoxu kosmosda doğulacaq. Bu onların ilk evi olacaq. Onlar bu koloniyalarda doğulacaqlar, bu koloniyalarda yaşayacaqlar”. dedi.

Amma yenə də, Bezosun fikrincə, Yer “ən qiymətli planetdir” və onu qorumaq bizim əlimizdədir. O, yenə də bəşəriyyətin gələcəyinin Yerdə deyil, Günəş sistemində olduğu fikrini müdafiə edir.

Microsoft-un ləğv etdiyi planşet Netflix filmində izləyicilərin qarşısına çıxdı

Əvvəlki

Halo oyunu üçün serial çəkilir

Sonrakı

Rəylər

Login/Sign up