TEXNOLOGİYA

James Webb Kosmik Teleskopu üçün kritik mərhələ yaxınlaşır

0

25 dekabrda kosmosa göndərilən James Webb Kosmik Teleskopu demək olar ki, 22 illik təkmilləşdirmə prosesini başa vurdu. Layihə üçün çalışan yüzlərlə alimin səyi nəticəsində nəhayət kosmosa göndərilən teleskop hazırda missiyasını yerinə yetirəcəyi yerə doğru səyahət edir.

Yaxın günlərdə teleskop kritik mərhələdən keçəcək.

JWST-nin yüksək həssaslıqdakı güzgüsü növbəti iki həftə ərzində ilk dəfə formasını dəyişməyə başlayacaq. Səyahətinin 29 gün çəkəcəyi hesablanan teleskopun bu mərhələsi son dərəcə incə tənzimləmələr tələb edir. Nəhəng teleskop kosmosa göndərilmək üçün bükülməli idi. Mühəndislər teleskopun sərbəst buraxıldıqdan sonra öz-özünə formalaşması üçün mexanizm hazırlamaqdan ötrü illər boyu çalışıblar.

Teleskopun öz şəklini alması üçün qurulan mexanizm onun işə başlaması üçün ən vacib proseslərdən biridir. 1990-cı ildə kosmosa göndərilən Hubble Kosmik Teleskopunda texniki nasazlıq yaranıb və astronavtların bölgəyə müdaxiləsi nəticəsində nasazlıq üç il sonra aradan qaldırılmışdı. Lakin bu teleskop Yerdən təxminən 1,5 milyon kilometr uzaqğa göndərildiyi üçün nasazlıq olarsa, astronavtların nasazlığı düzəltməyə getməsi mümkün deyil.

Teleskop 24 günə L2 adlanan missiya sahəsinə çatacaq. Bundan sonra teleskopun işləməsi üçün lazımi incə tənzimləmə mərhələsi başlayacaq. NASA-nın təxminən 5 ay çəkəcəyini açıqladığı konfiqurasiya mərhələsindən sonra James Webbdən ilk şəkilləri almağa başlaya bilərik.

Səs qeydlərini yazıya çevirmək üçün ən yaxşı proqramlar

Əvvəlki

iPhone üçün ən yaxşı oflayn oyunlar

Sonrakı

Rəylər

Login/Sign up