Kosmos

James Webb bəşəriyyətin indiyədək gördüyü ən uzaq qalaktikanı kəşf etdi

0

James Webb kosmik teleskopu bəşər tarixində ən mühüm kəşflərdən birini etdi. Teleskop güzgülərini 35 milyard işıq ili uzaqlıqdakı qalaktikaya çevirdi və indiyədək görünən ən uzaq qalaktikanı kəşf etdi. NASA qalaktikaya CEERS-93316 adını verdi.

CEERS-93316 35 milyard işıq ili uzaqlıqda yerləşir. Beləliklə, bəşəriyyət ilk dəfə olaraq bu qədər uzaq qalaktikaya baxmaq şansı əldə etdi. James Webb teleskopunun daha 10 il işləyəcəyini nəzərə alsaq, deməli bu qalaktika hələ yeniləri ilə əvəz edilə bilər.

James Webb ötən həftə Supernova kəşf etmişdi. Bu enerjisi tükənmiş Böyük Ulduzların partlaması deməkdir. Ulduz ömrünün sonuna çatdıqda və partladıqda meydana çıxan çox parlaq supernova Webb tərəfindən 3-4 milyard işıq ili uzaqlıqda çəkilib.

NASA Aya “qoyun” göndərəcək

Əvvəlki

Samsung smartfon istehsalını azaldır

Sonrakı
Login/Sign up