TEXNOLOGİYA

James Bond-un yeni fotoaparatı Leica Q2 007 Edition təqdim edildi

0

Leica Q2 James Bond nəşrli fotoaparatını təqdim etdi. Fotoaparatın dizaynı çərçivəli, 007 loqolu və qapağında silah lüləsi dizaynı var. Güzgüsüz sensorla işləyən fotoaparat 250 ədəd istehsal edilib. 007 Edition adlanan fotoaparat 1 oktyabrda çıxacaq No Time To Die filminin gəlişinə özəl buraxılışdır.

Fotoaparat limitli sayda istehsal ediləcəyi üçün ayrı-ayrı nömrələnəcək. Fotoaparat 47.3 meqapiksel görüntü, saniyədə 30 kadrda 4K video çəkməyə imkan verir. Arxa tərəfində 3 düymlük 1.04 milyon nöqtə 3 düymlük sabit toxunma ekranı olan Leica Q2 100/100 əhatə dairəsi olan elektron vizörə malikdir.

Wi-Fi və Bluetooth bağlantıları sayəsində çəkilən şəkilləri mobil telefonlara köçürmək olur. Leica Q-a görə, Leica Q2-nin batareya tutumunda da artım var. Tam batareya ilə 370 kadr çəkə bilən Leica Q2 718 qram ağırlığındadır. Fotoaparat IP52 sertifikatı sayəsində suya da davamlıdır.

Gmail ilə artıq axtarış etmək də mümkün olacaq

Əvvəlki

Apple elektrikli maşın istehsalını özü etməyi planlayır

Sonrakı

Rəylər

Login/Sign up