APPLETEXNOLOGİYA

iPhone tibbə yenilik gətirdi

0

iPhone 13 Pro Max tibb işçilərinin işini asanlaşdıracaq kameraya sahibdir. Sentyabr ayının 14-ü təqdim edilən iPhone modelləri kamera çəkilişində olduqca güclüdürlər. Yeni modellərində kamera dəstəyini daha da gücləndirən iPhone bu dəfə fərqli bir sahədə istifadə edilib. Göz həkimi xəstəsini müayinə edərkən iPhone kamerasından istifadə edib.

Apple iPhone 13 Pro və Pro Max modellərinə makro rejimini gətirib. Bu özəllik sayəsində kamerada 2 sm uzaqlıqda qalan cisimləri böyüdərək ən kiçik detalları belə görmək olur. Göz həkimi olan Tomi Korn aldığı  iPhone 13 Pro Max telefonunun makro özəlliyindən istifadə edərək zəiflik simptomlarını təyin və xəstələrini kamerayla müayinə etməyə başlayıb. Hətta həkim LinkedIn hesabından paylaşdığı şəkildə kamera ilə çəkdiyi şəkildə “kornea transplantasiyası” etdiyi xəstəsinin şəkillərini paylaşıb.

Həkim iPhone 13 Pro Max ilə çəkdiyi şəkildə əməliyyatdan sonra xəstəsinin gözündə olan dəyişikləri rahatlıqla izləyə bilib və gələcəkdə belə müayinə etmənin daha çox yayılacağını vurğulayıb.

“Corsair” Xeneon oyun ekranını nümayiş etdirdi

Əvvəlki

Havada çəkiliş edən AER TYP satışa çıxarıldı

Sonrakı

Rəylər

Login/Sign up