Əvvəlki yazımızdan da bildiyiniz kimi gələn ay Apple iPhone 14 seriyasını təqdim edəcək. Bəs standart iPhone 14 və iPhone 14 Pro arasında hansı fərqlər olacaq?
iPhone 12 seriyası ilə Apple öz smartfonlarının Pro versiyalarını həyatımıza daxil etdi. Pro versiyaları standart modellərlə müqayisədə performans və kamera baxımından daha yaxşı təcrübə təklif edir. İl keçdikcə Pro və standart model arasındakı fərqlər artır.
Ümumiyyətlə hər zaman Pro modelləri kamera və performans baxımından daha yaxşı təcrübə təqdim edir.
iPhone yeni nəsil ilə birlikdə Pro modellərində təkcə kamera və performans tərəfdən deyil, eyni zamanda daha yaxşı ekran texnologiyası təcrübəsi təqdim edəcək.
Ötən ilki iPhone 13 Pro modelləri 120Hz ProMotion displeyləri ilə gələn ilk Apple smartfonları idi. Bu il də iki iPhone 14 Pro modeli ekran yeniləməsinin Apple ekvivalenti olan ProMotion funksiyasını özündə ehtiva edəcək.
Bundan əlavə, 6,1 düymlük ekranlı iPhone 14 və 6,7 düymlük ekranla çıxacaq iPhone 14 Max modellərində LTPS arxa paneli və Samsung-un M11 seti istifadə ediləcək. Samsung-un M seti ekran panelinin quraşdırılmasında istifadə olunan komponentlərdir. M seriyalı setlər yalnız iPhone və Samsung-un premium Galaxy modellərində mövcuddur.