APPLEIPHONE

iPhone 13 mini fotoları sızdırıldı

0

Ötən həftələrdə  render görüntüləri ortaya çıxan iPhone 13 mini yenidən gündəmə gəldi. iPhone 13 mini-nin fotoşəkili  Çin saytlarının birində paylaşıldı.

İddialara görə, Apple iPhone 13 modellərində dizayn baxımından kiçik dəyişikliklərlə qarşımıza çıxacaq. Kamera tərəfdən edilən dəyişikliklərdən başqa dizaynda heç bir yenilik olmayacağı söylənilir.

Tezliklə kütləvi istehsalına başlanılacağı gözlənilən iPhone 13 ailəsinin sızan görüntülərə bənzəyəcəyi iddia edilir. iPhone 13 mini modelinin daha böyük bir kamera sensoruna sahib olacağı da iddialar arasındadır.

IPhone 13, iPhone 13 Pro və iPhone 13 Pro Max modellərinin də oxşar olaraq böyük sensorlarla təqdim ediləcəyi bildirilir. Texniki detallar haqqında hələ çox məlumat olmasa da, iPhone 13 Pro Max-ın əsas kamerasının f / 1.5 diafraqmasına sahib olacağı deyilir.

İnstagram Reels-ə yeni reklam özəlliyi gətirəcək

Previous article

Ilon Mask 100 milyon dollarlıq yarışma keçirir

Next article

You may also like

Comments

More in APPLE