INSTAGRAMSOSİAL MEDİA

Instagram loqosunu yenilədi

0

Sosial media nəhəngi Instagram bir müddət əvvəl yenilədiyi loqosunu 3D formatında yenidən dəyişdi.

Ötən həftə Instagram-da kiçik bir giriş problemi yaşandı. Bu problemdən sonra sosial media nəhənginin loqosunda yenilik etdiyi üzə çıxdı. Rənglərini daha canlı və diqqətçəkici edən platforma loqosunu yenidən təzələdi. Instagram bu dəfə rəngli və canlı loqosunu 3D formatında hazırladı.

Daima inkişafda olan tətbiqin 3D dizaynı parlaq və canlı görünüşə malikdir.

Yeni 3D loqo dizaynına əlavə olaraq, sosial media platforması “Instagram Sans” adlı yeni yazı üslubunu da yaratdı. Şirkət bildirib ki, yeni yazı üslubu üçün dünya üzrə dil mütəxəssisləri ilə işləyib.

WhatsApp dəstəyini itirəcək iPhone modelləri açıqlandı

Əvvəlki

The Gray Man filminin ilk treyleri yayımlandı

Sonrakı
Login/Sign up