FACEBOOKINSTAGRAMSOSİAL MEDİAXƏBƏRLƏR

Instagram, Facebook və WhatsApp niyə dayandı?

0

Dünyanın ən böyük sosial media şirkəti Facebook dünən axşam saatlarında istifadəsini bir müddətlik dayandırmışdı. Bundan əlavə Instagram WhatsApp istifadəçiləri də eyni şəkildə hesablarına girə bilmirdi. 7 saat davam edən dayanmadan sonra, hal-hazırda sistem əvvəlki kimi işləyir. Bir çox insanı maraqlandıran sual isə bu qədər qlobal şirkətin sistemi niyə birdən-birə dayandı?

Washington Post müxbiri Brian Krebs-in paylaşımına görə, sistemin dayanmasına səbəb sistemdə səhv işləyən BGP yenilənməsindən qaynaqlanır. Amma yenilənmə səhv getdiyi üçün sistem dayandı. Sosial media şirkətinin dayanması ilə Mark Zuckerberg ciddi məbləğdə pul itirdi. Bu zərərə görə  onun adı “ən varlı adamlar” kateqoriyasından belə çıxdı. Belə ki, Zuckerberg-in 6.7 milyard dollar zərərə uğradığı deyilir. Bu vaxt ərzində isə istifadəçilərin əksəriyyəti Telegram tətbiqinə axın edib. 

Son zamanlar M.Zuckerberg-in sosial media platformalarının ardı-arası kəsilməyən uğursuzluqlarına səbəb, sizcə, nədir? Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

 

No Time to Die filmi çıxışı ilə rekord qırdı

Əvvəlki

Maid serialı izləyən hər kəsin rəğbətini qazandı

Sonrakı
Login/Sign up