TEXNOLOGİYA

Ingenuity Mars helikopteri 2022-ci ilin ilk uçuşunu edəcək

0

NASA 2022-ci ildə Ingenuity Mars helikopterinin ilk uçuşu ilə bağlı sevindirici xəbər verdi.

Açıqlamanı verən NASA-nın Cənubi Kaliforniyadakı Reaktiv Sürət Laboratoriyasında çalışan Ingenuity pilotu Martin Cacan oldu. 2022-ci ilin ilk uçuşunun helikopterin yerləşdiyi yerə görə çətin olacağını bildirən Martin Cacan missiyadan danışdı.

Cacan öz açıqlamasında əvvəlcə təhlükəsiz eniş üçün qayaların olmadığı qumluq sahəyə üstünlük verildiyini bildirdi. Seçilmiş ərazinin tam olaraq qayalıqsız olması görmə naviqasiyasında normaya uyğun olmayan parametrlərə səbəb olub. Nəticə etibarı ilə, erkən eniş riskini azaltmaq üçün uyğunsuz parametrlərə yenidən nəzər yetirilməsi lazım gəlib.

Ingenuity 18 fevral 2021-ci ildə NASA-nın Perseverance kosmik gəmisi ilə Marsın Jezero kraterinə enmişdi. Qısa müddətdə uçan helikopter sübut etdi ki, planetin atmosfer təbəqəsinin nazik olmasına baxmayaraq havadan kəşfiyyat aparmaq mümkündür.

Aprelin 19-da ilk uçuşundan sonra Mars helikopteri 2021-ci ili cəmi 18 uçuşla başa vurdu. Dekabrın 15-də son uçuşunu həyata keçirən Ingenuity 33 dəqiqə havada qalıb və 3,81 km məsafə qət edib.

Ingenuity milyardlarla il əvvəl böyük göl və çay deltasına ev sahibliyi edən Jezero ərazisini kəşf etməyə hazırlaşır. Marsda həyat əlamətlərini potensial olaraq qoruya biləcək yeganə yerin Jezero torpağı olduğunu bildirən komanda, deltada qalıqlar tapmağa ümid edir.

Perseverance kosmik gəmisini müşayiət edərək yol planlamasını formalaşdıracaq olan Ingenuity elmi kəşfdə mühüm rol oynayır.

CİB mobil tətbiqi CİBBONu aktiv etdi

Əvvəlki

BMW ən son texnologiyalarını ictimaiyyətə təqdim etdi

Sonrakı

Rəylər

Login/Sign up