BİZNES

İlon Mask nə qədər vergi ödəyəcəyini açıqladı

0

Tesla və SapceX sayəsində var-dövləti ilə dünyanın ən varlı adamı olan İlon Mask gündəmdə qalmağa davam edir. Bu dəfə də məşhur milyarder ödəyəcəyi verginin məbləği ilə müzakirə mövzusu oldu.

Bu yaxınlarda ABŞ senatoru Elizabeth Warren tərəfindən vergidən yayınmaqda günahlandırılan Mask, həmişə olduğu kimi Twitter-də cavabını verdi. İttihamların əsassız olduğunu iddia edən məşhur milyarder 2021-ci ildə ödəyəcəyi vergi məbləğini açıqladı.

İlon Mask 2021-ci ildə 11 milyard dollar vergi ödəyəcəyini bildirərək ittihamlara cavab verib.

İlon Maskın bu qədər vergi ödəməsinin yeganə səbəbi pandemiya zamanı əldə etdiyi böyük qazancdır. Məşhur CEO Covid-19 dövründə sərvətini demək olar ki, iki dəfə artıraraq rekord qırdı. Buna görə də o, vergidən yayına bilməzdi.

Əslində Mask daha əvvəl də ödədiyi vergi məbləği ilə gündəmdə idi. Daha doğrusu, ödəmədiyi vergilərlə. ProPublica-nın xəbərinə görə, dünyanın ən zəngin adamı İlon Mask 2018-ci ildə heç bir gəlir vergisi ödəməyib. Sərvətini rəsmi sənədlərdə düzgün əks etdirməyən Mask 2014-2018-ci illər arasında ödəməli olduğu məbləğin yalnız 3 faizini ödəyib.

Spider-Man: No Way Home filminin ölkələr üzrə qazancı məlum oldu

Əvvəlki

Harry Potter 20-ci yubiley bölümünün treyleri yayımlandı

Sonrakı

Rəylər

Login/Sign up