BİZNESXƏBƏRLƏR

İlon Mask kitab yazdığını söylədi

0

İlon Mask şənbə günü Tesla, SpaceX və karyerasında öyrəndikləri dərslər haqqında bir kitab yazdığını açıqladı. Mask öz Twitter hesabında “Tesla və SpaceX-in hekayəsini danışma vaxtı gəldi” sözlərini paylaşdı. Daha sonra milyarder bu mövzuda “Yer and Mars-dan” sözləri yazılan ikinci tweet-ini də paylaşdı. İki tweet-ə əlavə olaraq üçüncü tweet-i izləyiciləri ilə bölüşən Mask, üçüncü yazısında “dərslər öyrənildi” deyərək izləyicilərinin diqqətini öz üzərinə çəkməyi bacardı.

Twitter-dəki 46 milyondan çox izləyicisini paylaşımları ilə həyəcanlandıran İlon Mask atdığı tweet-lərin altında bir kitab yazıb yazmadığını soruşan izləyicisinə “Bəli” cavabını verdi.

Məşhur milyarderin bu qədər işi arasında kitab yazmağa necə vaxt tapacağı maraq doğurur.

Əldə olunan məlumatlara görə, Mask həftədə 90-100 saat işləyir və gündə 6 saat yatmağa vaxt ayırır.

Google 662 nəfərə ümumilikdə 6.7 milyon dollar mükafat verdi

Əvvəlki

Clubhouse qadağan olundu

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up