TEXNOLOGİYA

İlon Mask insanların nə vaxt Marsa göndəriləcəyini açıqladı

0

Dünyanın ən zəngin adamı, tez-tez gündəmdə olan İlon Mask uzun müddətdir maraq mövzusu olan Mars planları ilə bağlı yeni açıqlama verdi. Lex Fridmanın podkast müsahibəsini qəbul edən Mask SpaceX planlarından söz açdı və gənclərə məsləhətlər verdi.

Bu müsahibədə bir çox sualı cavablandıran Mask, Marsla bağlı bəzi maraqlı sualları da cavablandırdı. SpaceX-in insanları Marsa nə vaxt göndərəcəyi də milyarderə verilən suallar arasında idi. SpaceX-in qurucusu İlon Maskın suala cavabı hər kəsi yenidən həyəcanlandırdı.

Kaliforniya mərkəzli dəfələrlə kosmosa peyklər göndərən şirkət illərdir Marsa insan göndərmək və bu planeti koloniyalaşdırmaq planları qurur. İlon Maskın sözlərinə görə, daha əvvəl Marsa idman avtomobilləri və bir neçə cansız əşya göndərməyə cəhd edən, lakin uğursuzluğa düçar olan SpaceX, hər şey yaxşı getsə, 5 il sonra Marsa insan göndərə biləcək.

“Sizcə, SpaceX nə vaxt Marsa insan endirəcək?” sualı Mask tərəfindən əvvəlcə bir qədər sükutla qarşılandı. Təqribən 10 saniyəlik bir sükutdan sonra Maskın cavabı belə oldu: “Ən yaxşı halda təxminən 5 il, ən pis halda 10 il”.

Daha əvvəllər də 5 il kimi bir planlarının olduğunu deyən Mask, podkastda Starship-in indiyə qədər hazırlanmış ən mürəkkəb və ən təkmilləşdirilmiş raket olduğunu vurğuladı.

Sizcə, İlon Mask planlaşdırdığı kimi Marsda koloniya qura bilərmi?

Mövzu ilə bağlı fikirlərinizi aşağıda qeyd edə bilərsiniz.

İllər əvvəl ləğv edilən özəllik Galaxy S22 modelinə gələ bilər

Əvvəlki

Apple kriptovalyutadan necə istifadə edə bilər?

Sonrakı

Rəylər

Login/Sign up