BİZNES

İlon Mask dünyanın ilk trilyoneri ola bilər

0

Nyu-Yorkda yerləşən Morgan Stanley investisiya bankı, Tesla və SpaceX şirkətlərinin son illərdəki müvəffəqiyyəti və böyüməsi davam etsə, şirkətlərin sahibi olan İlon Maskın dünyanın ilk trilyoneri ola biləcəyini söylədi.

Tesla tərəfindən istehsal olunan elektrikli avtomobillər çox böyük sürətlə  populyarlıq qazanmağa davam edir.

Tesla-nın həm satışlarını, həm də mənfəətlərini böyük bir sürətlə artırmasına baxmayaraq, Wall Street-in investisiya bankına görə, Maskı trilyonçu edəcək əsas səbəb SpaceX olacaq. Xüsusilə də şirkət önümüzdəki illərdə planladığı layihələrdə müvəffəqiyyətli olsa, Maskın trilyoner olması gözləniləndən daha tez baş verə bilər.

Bildiyiniz kimi SpaceX böyük sürətlə “Mars layihəsi”ni hazırlamağa davam edir. Bundan əlavə, NASA tərəfindən görülən əlavə işlər sayəsində xeyli qazanc əldə edə bilir. NASA ilə birgə missiyaları və ABŞ xaricindəki ölkələr üçün kosmik uçuşları sayəsində Mask digər ölkələri özünə cəlb edir.

Məsələn, siz kosmosa bir qələm göndərmək istəyirsiniz. SpaceX sizə yükünüzün ölçüləri və çəkisi əsasında qiymət təklif edir və məhsulu sizin üçün kosmosa aparır. Biz qələmi sadəcə bir misal olaraq göstərdik. Böyük şirkətlər və hətta dövlətlər Space-X ilə qələm yox, müxtəlif peyklər və cihazlar göndərirlər. Burada maraqlı bir sual meydana çıxır. Niyə hamı SpaceX-ə üstünlük verir?

Cavab çox sadədir. İnkişaf etdirdikləri qabaqcıl texnologiya sayəsində SpaceX yalnız bir ekspedisiya üçün kosmosa raket göndərmir. Yükünü atmosferə buraxan kosmik gəmi yenidən Yerin bir platformasına enə bilir. Bu şəkildə ən kiçik peyki göndərmək üçün hansısa dövlətin on milyonlarla dollar xərcləyib kosmik gəmi yaratmasına ehtiyac qalmır. Yalnız yanacaq doldurmaq kifayət edir.

PayPal məşhur sosial media platformasını almağa hazırlaşır

Əvvəlki

Squid Game serialını 1-ci pillədən endirən serial hansı oldu?

Sonrakı

Rəylər

Login/Sign up