Kripto pullar ilə bağlı tez-tez açıqlama verən SpaceX CEO-su İlon Mask Dogecoin tviti ilə gündəmə gəldi. Mask Dogecoin-i Aya göndərəcəklərini açıqladı.
Öz rəsmi Twitter hesabında Aya göndərilən Dogecoin şəklini paylaşan Mask paylaşımı “Literally” sözü ilə birlikdə etdi.
İnvestorlar Dogecoin-in hissələrinin dəyərinin artacağını düşünür. Bəzi analitiklər Maskın Dogecoin-i SpaceX vasitəsilə alacağını bildirirlər. Bəzi istifadəçilər Mask-ın verdiyi açıqlamanın 1 aprel zarafatı ola biləcəyini düşünürlər.
Bu yaxınlarda Mask yaratdığı NFT üçün 420 Milyon Dogecoin istəmişdi. Bu hadisədən sonra bir çox analitiklər Mask-ın bazarda bütün Dogecoin-ləri toplamaq istədiyini düşünməyə başladı.
Görünüşə görə Mask hələ ki öz səssizliyini qoruyaraq detallı bir açıqlama verməmək fikrindədir.
Comments