MALİYYƏ

İlon Mask Bitcoin ilə Tesla satışına başlayır

0

Bir neçə ay əvvəl Bitcoin sayəsində Tesla satışlarından daha çox qazandığını deyən “Technoking” İlon Mask avtomobil satışı üçün Bitcoin qəbul etdiyini açıqladı.

Ötən aylarda sadəcə bir tvit ilə Bitcoin-i göylərə qaldıran və investorları sevindirən Technoking bir çox insanı kripto pul almağa həvəsləndirmişdi.

Yanvar ayında Mask 1.5 milyard dollar Bitcoin aldığını və ardından Tesla elektrikli avtomobili üçün kriptovalyutalarla ödəmələrin ediləcəyini açıqlamışdı. Həmin açıqlama artıq öz təsdiqini tapdı.

Mask Twitter-də “Artıq Bitcoin ilə Tesla ala bilərsiniz. Tesla yalnız daxili və açıq mənbəli proqramdan istifadə edir. Satın almaq üçün Tesla-ya ödənilən Bitcoin kağız pula çevrilmədən, elə Bitcoin olaraq saxlanacaq.” ifadələrini paylaşdı.

Black Widow pərəstişkarlarına şad xəbər var

Previous article

Steve Jobs-un iş müraciət formu satıldı

Next article

You may also like

Comments

More in MALİYYƏ