XƏBƏRLƏR

Ilon Mask 100 milyon dollarlıq yarışma keçirir

0

Kosmosa raket göndərmək və Marsı bombalamaq kimi çılğın fikirləri olan İlon Mask, özünə yeni bir hədəf qoydu. Planeti xilas etmək istəyən milyarder bir yarışma keçirməyə qərar verdi.

Yarışma iqlim dəyişikliyinin qarşısını almaq məqsədi daşıyacaq. Mask ən yaxşı fikri təqdim edərək planetimizi xilas edəcək şəxsə və ya komandalara mükafat olaraq 100 milyon dollar verəcək.

Tesla və SpaceX CEO-su tərəfindən maliyyələşdirilən yarış, qeyri-kommersiya təşkilatı XPRIZE Foundation tərəfindən təşkil ediləcək. 1994-cü ildə qurulan bu fond uzun müddət kosmos, okeanlar, sağlamlıq, enerji, ətraf mühit, nəqliyyat, təhlükəsizlik və robototexnika sahələrində aparılan işləri dəstəkləmişdir.

XPRIZE karbondioksidi birbaşa atmosferdən uzaqlaşdıran və bu karbonun səmərəli və təhlükəsiz bir şəkildə saxlanılması üçün yaradılan texnologiyaları qiymətləndirəcək. Qiymətləndirmənin sonunda qalib olana yarışma mükafatından əlavə olaraq İlon Mask tərəfindən xüsusi böyük bir  mükafat da veriləcək.

22 apreldə başlayan yarışma 4 il davam edəcək. Fərdi və ya komanda şəklində iştirak edən rəqiblər, qazanmaq üçün gündə 1 ton karbon qazını atmosferdən çıxara biləcək bir texnologiya yaratmalıdır. Bu yarışma sayəsində İlon Mask və XPRIZE, 2050-ci ilə qədər atmosferdən 10 gigaton karbon qazı çıxaracaq texnologiyanın təməlini qoymaq istəyir.

iPhone 13 mini fotoları sızdırıldı

Previous article

Apple Mac və iPad cihazlarını birləşdirəcəkmi?

Next article

You may also like

Comments

More in XƏBƏRLƏR