AVTOMOBİLROBOTTEXNOLOGİYAXƏBƏRLƏR

Hyundai ABŞ robot şirkəti Boston Dynamics-i aldı

0

ABŞ-lı robot istehsalı şirkəti olan Boston Dynamics, xüsusilə robot it Spot-un ərsəyə gətirilməsi ilə məşhurlaşmışdı.

Şirkət son vaxtlar daxili problemləri ilə mübarizə aparmağa başladı. İlk dəfə 90-cı illərdə MIT daxilində fəaliyyətə başlayan Boston Dynamics, maliyyə problemləri səbəbindən 2013-cü ildə Google-a qoşuldu.

Daha sonra Google ilə müxtəlif problemləri olan şirkəti 2017-ci ildə Softbank aldı.

Boston Dynamics-i bu dəfə də Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai aldı. Hyundai robot şirkətini öz tərkibinə qatmaq üçün 921 milyon dollar sərmayə qoymalı oldu.

Hyundai bu satınalma ilə bağlı hələ bir açıqlama verməsə də, şirkətin yeni rəhbəri Chung Euisun oktyabr ayında vəzifəyə gələməsi ilə şirkətin Boston Dynamics-i alacağı barədə şayiələr artıq yayılmışdı.

Hazırda Hyundai-ın Boston Dynamics texnologiyalarından necə faydalanacağı məlum deyil. Bəzi iddialara görə, Cənubi Koreya şirkəti öz avtomobillərində robotlardakı texnologiyalardan istifadə edəcək.

Çin kvant kompüteri yaratdı

Əvvəlki

iPhone 13 nə vaxt təqdim olunacaq?

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up