SAAT

Huawei Watch 3-ün özəllikləri haqqında yeni məlumatlar yayıldı

0

Huawei ağıllı saat bazarında sürətli inkişafına davam edir. Bazarda digər istehsalçılarla rəqabət edən brendin yeni bir saat modeli insanlar arasında müzakirə olunmağa başladı. 2017-ci ildə buraxılan Watch 2-nin xələfi olacaq Huawei Watch 3-ün özəllikləri haqqında bəzi detallar sızdırıldı.

Görünüşə görə Huawei bütün diqqətini dörd ildir öz proqramını istifadə edən Watch GT seriyasına yönəldib. Seriyanın satış rəqəmləri də olduqca yaxşı görünür. Sözü gedən yeni model haqqında detallar Huawei pərəstişkarlarının, xüsusilə saat həvəskarlarının həyəcanını artırır.

Biz də sizi çox həyəcanlandırmadan keçək özəlliklərə. Huawei-nin yeni ağıllı saatı şirkətin böyük uğurlarından biri olan HarmonyOS ilə birlikdə təqdim ediləcək. Daha əvvəl də HarmonyOS əməliyyat sisteminin Watch GT seriyalı saatlarına gələ biləcəyi müzakirə edilmişdi. Bu iddialar rəsmi olaraq öz təsdiqini tapmış olmasa da,  orijinal Watch seriyasında tətbiq olunması gözlənilir.

Watch seriyasının əvvəlki modellərində Google-un WearOS əməliyyat sistemini  görürdük. Watch GT seriyasında isə LiteOS əməliyyat sistemini gördük. HarmonyOS-un ilk dəfə ağıllı saatda istifadə olunması radikal bir addım olacaq.

Bu model süni zəka ilə təchiz olunacaq və daha qısa batareya ömrünə sahib olacaq. Watch GT 2 batareyası normal istifadədə 8 günə qədər yaşayır. Əgər iddia doğrudursa,  Huawei Watch 3 üçün batareya ömrü 5-6 gün olacaq.

Huawei Watch 2 nano-SIM yuvasına sahib idi. Tədricən həyatımıza daxil olan eSIM texnologiyası işləri asanlaşdıracaq. Bu özəllik onu mobil məlumat bağlantısını dəstəkləməyən GT seriyasından fərqləndirəcək.

Saatda olacaq daha bir özəlliyi də diqqətinizə çatdıraq. Əldə olunan məlumatlara görə saata səsli mətn yazdırmaq və səsli mesaj göndərmək mümkün olacaq.

Sizcə yeni ağıllı saatda daha hansı özəlliklər ola bilər?

2021-ci ilin milyarderləri

Previous article

Hyundai Formula 1-dən ilhamlanıb maraqlı bir addım atdı

Next article

You may also like

Comments