TEXNOLOGİYA

HTC Vive Air satışa çıxmazdan əvvəl mükafat qazandı

0

Bir zamanlar Androiddən bəhs edildiyi zaman ağla ilk gələn marka, HTC bu gün telefon bazarında söz sahibi ola bilməyən bir istehsalçıya çevrilib.

Tayvanlı istehsalçı telefon sektorunda uduzsa da, bütün diqqətini son illərdə virtual gerçəkliyə yönləndirməsi hər kəsə məlumdur.

Şirkətin iflas etmədən sağ qalmasında virtual reallıq sahəsindən əldə olunan gəlirlərin payı böyükdür.

Bu dəfə HTC, dünyanın ən prestijli dizayn mükafatlarından biri olan iF Design Award ilə gündəmə gəldi.

HTC Vive Air, idman ayaqqabılarından ilhamlanaraq hazırlanmış və yüksək intensiv məşqlərə davamlı olan VR başlıq kimi xarakterizə olunur. Virtual reallıq başlığının yuxarı hissəsində və baş lentində tez quruyan trikotaj parçalardan istifadə olunub. Bu parçalar asanlıqla çıxarıla bilir və yuyulduqdan sonra yerinə yerləşdirilir.

Məşqə maneə törətməmək üçün yüngül hazırlanmış cihazın 11-12 may tarixlərində Vivecon 2021 tədbirində ictimaiyyətə təqdim olunacağı deyilir.

Call of Duty: Warzone 100 milyon oyunçuya çatdı

Previous article

Google “Dünya günü”nə özəl doodle yaratdı

Next article

You may also like

Comments

More in TEXNOLOGİYA