TEXNOLOGİYA

Honor V7 Pro-nun çıxış tarixi bəlli oldu

0

Bir müddət əvvəl Huawei ilə yollarını ayıran Honor öz ayaqları üstə durmaq və bazar payını artırmaq istəyir. Buna görə şirkət yeni məhsullar bazara çıxarır. Hazırda bir tərəfdən ötən ay Çində bazara çıxarılan flaqman Honor 50-nin qlobal satışını reallaşdırmağa çalışan şirkət, digər tərəfdən də başqa bir yeni məhsulunu təqdim etməyə hazırlaşır.

Honor ötən gün Weibo-da çox qısa bir video yayımlayaraq V7 Pro adlı planşetini istifadəçilərinin qarşısına çıxardı. Video qısa olsa da, özəlliklər barəsində bəzi detalları əldə etməyimizə kömək etdi.

İlk baxışdan tabletin düz kənarları, ikili kamerası diqqəti cəlb etdi. Bu günün standart dizaynından uzaqlaşaraq fərqliliyə əl atan şirkət cihazın arxa üzünü dəri material ilə örtüb. Bənzər bir dizaynı köhnə Samsung və LG məhsullarında görmək mümkündür.

Cihazın texniki xüsusiyyətləri videoda yayımlanmayıb. Əldə olunan məlumatlara görə yeni cihazın rəsmi təqdimatı Honor Magic 3 modelinin təqdim ediləcəyi 12 avqust tarixində baş tutacaq.

Bütün bu iddiaların doğru olub-olmaması avqust ayında hamımıza aydın olacaq.

Bitcoin yüksəlir

Əvvəlki

Netflix bu günədək ən çox izlənən 10 serialı açıqladı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up