ƏYLƏNCƏOYUN

Hitman tezliklə Xbox Game Pass-a gələcək

0

Hitman pərəstişkarlarına yeni bir şad xəbərimiz var. Məşhur oyun tezliklə Xbox Game Pass-a gələcək.

IO Interactive tərəfindən hazırlanan oyunlar olduqları platformaların sayını artırmaqla daha çox oyunçuya çatmağı hədəfləyir. Tezliklə Hitman 3 üçün yeni mövsümə start verəcək yaradıcı studiya seriyanın bütün oyunlarını eyni anda Game Pass sisteminə daxil edəcək.

Çox böyük bir pərəstişkar kütləsi olan Hitman seriyası son oyunu ilə uğurunu davam etdirdi. Fərqli üslubda oynanan oyun təcrübəsi azarkeşlərin rəğbətini qazandı. 2020-ci ildə çıxan Hitman 3 ilə ənənəni davam etdirən IO Interactive oyunun PC versiyasını əvvəlcə yalnız Epic Games Store vasitəsilə satdı. Oyunun oynandığı platformaların sayını artırmaq istəyən şirkət, oyunçuları sevindirəcək bir addım atdı.

Twitter-dəki yazıya görə, Hitman 3 Xbox Game Pass sisteminə, həmçinin PC versiyasında Steam-ə daxil ediləcək. Bütün Xbox Game Pass, Game Pass PC və Xbox Game Pass Ultimate versiyalarına gələcək oyun yanvarın 20-də satışa çıxacaq. Beləliklə, Game Pass abunəçiləri oyunun PC və ya konsol versiyalarına daxil olmaq üçün əlavə pul xərcləməli olmayacaqlar.

Avatar-ın yeni mobil oyunu hazırlanır

Əvvəlki

Ş. Koreyalı hakerlərin oğurladığı kripto-pulların miqdarı eşidənləri təəccübləndirdi

Sonrakı

Rəylər

Login/Sign up