ELMROBOTXƏBƏRLƏR

Harvard Universitetindən qeyri-adi robot

0

Müxtəlif yumşaqlığa malik  silikonların birləşməsindən ibarət olan ilk yumşaq toxumalı robot ABŞ-ın tanınmış universitetlərindən birində-Harvard Universitetində istehsal olunub. Balaca səkkizayaqlı şəklində olan robot 7 sm uzunluğa malikdir. Hələ sınaq müddətində olan bu robot öz adını ingiliscədən səkkizayaqlı mənasına gələn “octopus” və “robot” sözlərinin birləşməsindən alıb.

Araşdırmalar qrupundakı tələbələrdən biri “Daha əvvəl araşdırılan robotlarda əlaqə üçün xarici nəzarət mexanizminə və enerji mənbələrinə ehtiyac duyulurdu. Biz isə sərt hissələri xaric edib, tamamilə yumşaq toxumadan ibarət olan robot yaratmağı bacardıq” dedi.

İngiltərədəki Bristol Universitetindəki yumşaq toxumalı robot istehsalı üzrə sahənin mütəxəssisi professor Jonathan Rossiter kəşfin vacibliyinə toxunaraq, “Harvard komandası bənzərsiz bir şeyi bacardı” deyə əlavə etdi. Prof. Rossiter indiyə qədər edilən bütün araşdırmalarda yumşaq toxuma istehsalının ancaq Harvard qrupundan başqa  heç kimin bunları tək bir quruluş altında birləşdirə bilmədiyini ifadə etdi.

WhatsApp məlumatlarınızı paylaşacaq!

Əvvəlki

iOS 10 ilə gələn yeniliklər

Sonrakı

Rəylər

Login/Sign up