ƏYLƏNCƏOYUN

GTA 6-nı gözləyənlər gözləməyə davam edəcək

0

GTA 5 2013-cü ildə təqdimatından bəri populyar video oyun olaraq qalır. Rockstar Games hələ də oyunu inkişaf etdirməyə və onlayn oyuna yeniliklər gətirməyə davam edir. Amma son iddialar GTA pərəstişkarlarını sevindirməyəcək. Şayiələrə görə, GTA 6-nı bir neçə il daha gözləməli olacağıq.

Battlefield və Call of Duty haqqında verdiyi doğru xəbərlərlə məşhur olan Tom Henderson GTA 6-nın ən tezi 2024 və ya 2025-ci illərdə təqdim olunacağını söylədi.

Hendersonun açıqlamalarına görə, Rockstar Games son zamanlarda proqramçı komandanın rahatlığına böyük üstünlük verir və onları tələsdirmək istəmir. Bu səbəbdən oyunun çıxma tarixi uzanır. Gecikmənin başqa bir səbəbi də şirkətin oyunu oyunçuların xidmətinə tamamilə qüsursuz formada vermək istəməsidir.

Şayiələrə görə Rockstar Games oyunu yalnız PlayStation 5, Xbox Series X / S və PC üçün buraxmağı planlaşdırır.

Bütün dünya Starlink internetindən faydalana biləcək

Əvvəlki

Yeni Call of Duty oyununun adı və logosu ortaya çıxdı

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up