ƏYLƏNCƏOYUN

GTA 6 buraxılış tarixi ilə bağlı yeni iddia ortaya çıxdı

0

Son günlərdə GTA-nın yeni versiyası ilə bağlı çox sayda şayiələr çıxır. Bəzi mənbələr GTA 6-nın bu il gələcəyini, bəziləri isə Rockstar oyunlarının hazırda sınaqdan keçirildiyini iddia edir. Amma etibarlı mənbələr bütün bu şayiələrin gündəmi qarışdırmaqdan başqa bir şey olmadığını bildirirlər.

2020-ci ildən bəri Covid-19 səbəbilə ağıllı telefonlardan kompüterlərə, tabletlərdən çiplərə qədər bir çox məhsulda problem yaşandı. Bu problemlər indi də davam edir. Əlbəttə ki, hazırda oyun sənayesində də bəzi problemlər var. Bu səbəbdən GTA 6-nın tez çıxacağı xəbəri hazırda doğru deyil.

Rockstar və Take Two GTA 6 haqqında öz səssizliklərini qoruyurlar. Bir neçə həftə əvvəl bəzi mənbələr Rockstar şirkətinin yeni işçi heyəti işə götürdüyünü iddia etdi. Amma bunun GTA 6-nın tezliklə gələcəyi anlamına gəldiyini deyə bilmərik.

Clubhouse yükləmələrində kəskin azalma oldu

Previous article

Bill Gates boşanma qərarı ilə gündəmə gəldi

Next article

You may also like

Comments

More in ƏYLƏNCƏ