ƏYLƏNCƏOYUN

Gotham Knights-ın buraxılış tarixi təxirə salındı

0

Warner Bros. Games Montreal studiyası tərəfindən hazırlanmış Gotham Knights-ın çıxış tarixi təxirə salındı.

Gotham Knights Batman və onun dostları  haqqında bir aksiyon oyunudur. Gotham Knights-da Batman-ın ölümündən sonra Gotham City-de baş verən hadisələr öz əksini tapır. Oyunu başlayanda 4 oyun personajı seçimi verilir. Bunlar Nightwing, Batgirl, Robin və Red Hood-dur. Oyunçu bu personajlarla şəhəri cinayətkarlardən təmizləməyə çalışır. Oyunu tək və ya dörd oyunçu ilə birlikdə oynamaq mümkündür.

Gotham Knights 2021-ci ildə yeni nəsil konsollara gələcək. Gotham Knights-ın rəsmi Twitter hesabından “Oyunçulara mümkün olan ən yaxşı təcrübəni vermək üçün oyuna daha çox vaxt ayırırıq. Gotham Knights-a verdiyi böyük dəstəyə görə pərəstişkarlarımıza təşəkkür edirik”. ifadələri paylaşıldı.

Pandemiya zamanı əksər oyun studiyaları evdən işləməyi üstün tutdu. Buna görə də bir çox oyunun çıxış tarixi təxirə salındı. Bunlardan biri də oyun sevərlər tərəfindən həvəslə gözlənilən Gotham Knights oldu. Əldə olunan məlumatlara əsasən oyun 2022-ci ilin ikinci rübündə gün üzünə çıxacaq.

POCO X3 Pro təqdim edildi

Əvvəlki

Payday 3-ün çıxış tarixi bəlli oldu

Sonrakı

Rəylər

Rəylər bağlıdır

Login/Sign up