GOOGLE

Google Stadia platformasında 100-dən çox oyun yayımlanacaq

0

Playstation və Xbox kimi güclü rəqiblərini geridə qoyaraq oyun dünyasını fəth etmək istəyən Google Stadia, platformasında 100-dən çox oyun yayımlayacaq.

Bu oyunlar sırasına Şantae: Risky’s Revenge, It Came From Cosmos and Ate Our Brains və Kaze and the Wild Mask kimi bir neçə məşhur oyun daxildir. Bundan əlavə, FIFA 21 də 17 Martda Stadia-ya əlavə ediləcək.

Oyun konsoluna və oyun yükləməyə ehtiyac olmadan bir çox oyun oynaya biləcəyiniz bulud əsaslı bu oyun xidməti hazırda bir çox ölkədə istifadə olunur.

Google-un 2019-cu ildə rəsmi olaraq ictimaiyyətə təqdim etdiyi, fəaliyyətə başladığı gündən bəri bir çox texniki uğursuzluq yaşayan və istifadəçiləri çox çətin vəziyyətdə qoyan platforma, yeni PlayStation və Xbox konsollarının buraxılması ilə rəqabətdə geridə qaldı.

Sony, Microsoft və Nintendo kimi rəqibləri ilə mübarizə aparan, lakin gözlənilən populyarlığa hələ çatmayan Stadia, xidmətini yeniliklər əlavə edərək inkişaf etdirməyə davam edəcək.

Twitter CEO-su Jack Dorsey Bitcoin fondu yaratmağa hazırlaşır

Previous article

Apple Watch istifadəçilərinin sayı 100 milyonu keçdi

Next article

You may also like

Comments

More in GOOGLE