GOOGLE

Google Photos sabahdan pulsuz olmayacaq

0

Ən məşhur bulud xidmətlərindən biri olan Google Photos, illərdir ki, bütün istifadəçilərinə limitsiz foto və videoları yüksək keyfiyyətdə yadda saxlama imkanı təqdim edirdi. Artıq xidmətin pulsuz istifadəsi sona çatır. Çünki xidmət 1 iyun tarixindən etibarən ödənişli olacaq.

Qərarın qüvvəyə minməsinə artıq bir neçə saat qalıb. İnsanların ağlında isə yüzlərlə sual dolaşır. İnsanları düşündürən ən böyük sual bu vaxtadək yadda saxlanılan video və fotoşəkillərin taleyidir.

Nod.az olaraq bu suala aydınlıq gətirmək istəyirik. Belə ki, indiyə qədər Google Photos xidmətində yadda saxladığınız  foto və videolarınız silinməyəcək və Google-ın hər istifadəçi üçün müəyyənləşdirəcəyi 15 GB yaddaş yerində saxlanılacaq.

Google tərəfindən verilən 15 GB-lıq ödənişsiz yaddaş sahəsi kifayət etməzsə, istifadəçilər Google One-da özlərinə uyğun paket seçməlidirlər. İstifadəçi əgər paket almaq istəmirsə, saxlanılan bəzi fotoları, videoları və ya sənədləri silməli olacaq.

Amazon əfsanəvi film studiyasını satın aldı

Previous article

Bitcoin Aya göndəriləcək

Next article

You may also like

Comments

More in GOOGLE