GOOGLE

Google Meet yeni bir özəlliyi test etməyə başladı

0

Google Meet yeni altyazı tərcümə funksiyası ilə qarşımıza çıxacaq. Google funksiyanın hələ beta mərhələsində olduğunu bildirdi.

Google Meet yeni funksiyanı sınaqdan keçirməyə başlayıb. Digər canlı görüş proqramlarından geri qalmaq istəməyən Google-un Google Meet xidmətinə bu funksiyanı gətirməkdə məqsədi qlobal əməkdaşlıq edən şirkətlərə rahatlıq təmin etməkdir.

Beta versiyanın imkanları hazırda məhduddur. Bir müddətliyinə ingiliscə görüşləri fransız, portuqal və alman dillərinə tərcümə edə bilir. Bundan əlavə, o, yalnız Workspace istifadəçiləri üçün əlçatandır. Google qeyd edib ki, funksiya ən yaxşı tərcümə keyfiyyətinə malik olmaya bilər və həmişəlik beta versiyada qala bilər.

Beta testi üçün uyğun olan Workspace hesablarına Workspace Business Plus, Enterprise Standard, Enterprise Plus, Education Plus və Teaching & Learning Upgrade daxildir.

Samsung Galaxy S22 seriyası nə vaxt təqdim olunacaq?

Əvvəlki

Mars roveri Perseverance xarab oldu

Sonrakı
Login/Sign up