GOOGLE

Google Maps ilə nəqliyyat və parking ödənişləri həyata keçiriləcək

0

Google Maps hər ay dünyada bir milyarddan çox insan tərəfindən istifadə olunur.

Xəritə tətbiqi sadəcə sadə bir xəritə tətbiqi deyil, eyni zamanda istifadəçilərə ictimai nəqliyyat, obyektlər və onlara aparan yollar haqqında məlumat verən hərtərəfli bir məlumat toplusudur deyə bilərik.

İnnovativ yeniliklərlə özünü inkişaf etdirən tətbiq bu dəfə də yeni özəlliyi ilə qarşımızdadır.

Google rəqəmsal ödəmə sistemi Google Pay  ilə əməkdaşlıq edərək, istifadəçilərin tətbiqetmə yolu ilə ictimai nəqliyyat və parking ödənişlərini ödəməsinə imkan verdi.

Beləliklə istifadəçilər bir dayanacağa və ya ictimai nəqliyyata gedərkən birbaşa Google Maps-də ödəniş edə biləcəklər. Amma ölkəmizdə hələ yeni xüsusiyyətdən istifadə edilmir.

Google Xəritədə bir parking yeri müəyyənləşdirildikdə, ekranın aşağı hissəsində “park haqqını ödə” düyməsi yaranır. Bu düyməyə basıldıqda, Google Pay-də qeydiyyatdan keçmiş ödəniş metodu ilə parking müddəti sistemə daxil edilir və parking haqqı ödənilə bilir.

İctimai nəqliyyat haqqı ödəmə xüsusiyyəti sayəsində Google Maps-də hər hansı bir yerə marşrut yaradıldıqda, ekranda ictimai nəqliyyatla getmək seçimi görünür və bu seçimin yanında “ödəmə” düyməsi yer alır.

Bu düyməyə toxunduqda, sözügedən səyahətin dəyəri ictimai nəqliyyat vasitəsinə minmədən əvvəl ödənilə bilir.

Pakistanda internet çökdü

Previous article

Apple 6G üzərində işləyir

Next article

You may also like

Comments

More in GOOGLE