GOOGLE

Google Earth ilə zamanda səyahət edəcəksiniz

0

Google Earth-ə tamamilə yeni bir güncəlləmə gələcək. Kosmosdakı bütün peyklərdən çəkilmiş fotoşəkillərin görüntülərini özündə birləşdirən tətbiqə güncəlləmənin gətirəcəyi özəllik insanları zamanda səyahət etdirəcək.

Belə ki, Google Earth istifadəçiləri yeni xüsusiyyət sayəsində keçmişə qayıdacaq və dünyanın bu illər ərzində necə dəyişdiyini görmə imkanı əldə edəcək.

Tətbiq insanları keçmişə aparmaq üçün son 37 ildə çəkilmiş milyonlarla peyk şəklindən istifadə edir. Bu sistem vasitəsilə insanlar qlobal istiləşməni, buzlaqların əriməsini və ya Amazon meşələrinin zaman keçdikcə necə seyrələrək çılpaqlaşmasını görə bilərlər.

Şirkət bu güncəlləmənin Google Earth üçün son dörd ildə ən böyük yenilik olacağını söylədi.

Google-un belə bir layihə üzərində işləməyinə səbəb həm də iqlim dəyişikliyi və digər ətraf mühit problemlərinə diqqət çəkmək və insanları daha çox məlumatlandırmağa çalışmaqdır.

Days Gone video oyununun kompüter versiyası çıxacaq

Previous article

Sürücüsüz Tesla bu dəfə can aldı

Next article

You may also like

Comments

More in GOOGLE