GOOGLE

Google “Dünya günü”nə özəl doodle yaratdı

0

Hər il 22 aprel tarixində dilimizə “Dünya günü” olaraq tərcümə olunan “Earth Day” tədbiri keçirilir. Tədbirin keçirilməsində məqsəd ətraf mühitin qorunmasına dəstəyi nümayiş etdirməkdir.

“Earth Day” ilk dəfə 22 aprel 1970-ci ildə təşkil edilmişdir. İndi isə bu genişmiqyaslı tədbir EARTHDAY.ORG tərəfindən dünya miqyasında keçirilir və 193-dən çox ölkədə 1 milyard insan iştirak edir.

Google bir çox əlamətdar gün kimi bu gün üçün də doodle hazırladı. 2021-ci ilin “Earth Day” doodle-nı aşağıdakı videodan izləyə bilərsiniz.

8 milyard insan, 1 ev… Gəlin əl-ələ verək evimizin mühafizəsinin və qorunmasının keşiyində duraq. Axı, hər birimiz bu evin bir sakiniyik.

HTC Vive Air satışa çıxmazdan əvvəl mükafat qazandı

Previous article

NASA Marsda oksigen əldə etdi

Next article

You may also like

Comments

More in GOOGLE