GOOGLE

Google-dan “Beynəlxalq Qadınlar Günü” üçün xüsusi doodle

0

Google 8 Mart Beynəlxalq Qadınlar Günü üçün xüsusi bir doodle hazırladı. Doodle qadınların gündəlik həyatda və fərqli sahələrdə lider olduqlarını vurğulayan bir animasiya ilə yayımlandı. Animasiyada sənətkarlardan alimlərə, siyasətçilərdən vəkillərə qədər bir çox fərqli peşədən olan qadınlar yer aldı.

1975-ci ildən bəri hər il 8 Martda qeyd olunan “Beynəlxalq Qadınlar Günü” qadınların siyasi, sosial, iqtisadi və s. mövzularda qazandıqları uğurları qeyd etməyi hədəfləyir.

Google tərəfindən hazırlanan animasiyada tarixdə qadınlar tərəfindən reallaşdırılan bir çox ilk var. Buraya ilk dəfə səs verən qadınlar, qadın alimlər, yazıçılar, idmançılar, sənətçilər və başqaları daxildir. Animasiyanın girişində qadınların əllərini qaldırıb bir-birlərinin əllərini tutduqları görülür.

Google animasiyanın sonunda xüsusi gün üçün bir təbrik mesajı da göndərdi. Doodle haqqında Google tərəfindən hazırlanan səhifəyə buradan daxil ola bilərsiniz.

Nod.az bütün Qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir.

Əziz Qadınlar, Siz güclüsünüz!

Əziz Qadınlar, Siz möhtəşəmsiniz!

Fortnite-ə yeni Marvel personajı gəldi

Previous article

Bitcoin yenidən 50 min dolları keçdi

Next article

You may also like

Comments

More in GOOGLE