GOOGLE

Google Assistant ilə itirdiyiniz iPhone-nunuzu tapa biləcəksiniz

0

Google, Assistant və Home tətbiqetmələrinin iOS versiyalarını güncəllədi. Android istifadəçiləri Assistant sayəsində itən telefonlarının harada olduğunu öyrənə bilirdilər. Google, sevilən özəlliyi güncəlləmə ilə iPhone-a da gətirdi.

Hazırda Apple-ın “Find my iPhone” tətbiqi sayəsində iPhone sahibləri telefonlarını itdikdə asanlıqla tapa bilirlər. Siri vasitəsi ilə telefona bildiriş göndərən tətbiq cihazı yüksək tonda çaldırır.

Ən çox bəyənilən özəlliklərdən olan bu xüsusiyyət indi Google Assistant vasitəsilə də rahatlıqla istifadə edilə biləcək.

Google-un açıqlamasına görə, iPhone sahiblərinin əvvəlcə telefonlarını tapmaq üçün tənzimləməli olduqları bir neçə parametr var. İlk olaraq App Store-dan Google Home  yüklənməlidir. Quraşdırdıqdan sonra tətbiqə “notification access” və “receive critical alerts” icazəsi verilməlidir. Beləliklə, Google Assistant cihazı tapmağa hazırdır. Assistant-ı açın və “Hey Google, find my phone” deyin. Bunu etdikdə Google Assistant avtomatik olaraq iPhone-a bildiriş göndərir. Telefonunuz səssiz rejimdə olsa belə yüksək səslə çalmağa başlayır. Və siz səs gələn tərəfə doğru gedirsiniz və telefonunuzu tapmış olursunuz.

Nə qədər itmiş telefonlarınızı tapmaq üçün həlləriniz olsa da, çalışın itirməyəsiniz.

Apple Watch 6 Covid-19 əlamətlərini aşkar edəcək

Previous article

Resident Evil: Infinite Darkness treyleri yayımlandı

Next article

You may also like

Comments

More in GOOGLE