ƏYLƏNCƏFİLM

Godzilla yeni Spin-off seriyası ilə Apple TV+ platformasına gəlir

0

1950-ci illərdə qarşımıza çıxan yaponların xəyali canavarı Godzilla yeni Spin-off seriyası ilə Apple TV+ platformasına gəlir.    

Yaponların xəyali canavarı Godzilla həyatımıza ilk dəfə 1954-cü ildə daxil olub. Kino sənayesində ağ-qara başlayan serialda dövrünün ən son texnologiyalarından istifadə edilmiş, amma canavarın qeyri-real olması ilə bağlı o zaman mənfi rəylər almışdır.

Dəfələrlə yenidən çəkilmiş və 32 filmdən ibarət Godzilla serialı sonuncu dəfə 2014-cü ildə yenidən izləyicilərə təqdim edildi. Təbii ki, illər ərzində inkişaf edən animasiya və müxtəlif kino texnologiyaları ilə bu dəfə tamaşaçıların rəğbətini toplamağı bacarmışdı. Ən son xəbərlərə görə, kinonun yeni seriyası Spin-off Apple TV+platformasında çıxacaq.

Yeni Spin-off seriyası Canavarlar Kralı haqqında olacaq. Godzilla və Titan-lar arasındakı müharibə San-Fransiskonu viran edəndən və Canavarların gerçək olduğu ortaya çıxandan sonra serial bir ailənin bilinməyən sirləri və onları Monarx kimi tanınan gizli təşkilatla birləşdirən mirası ortaya çıxarmaq yolundakı sərgüzəştlərini təsvir edəcək.

MediaTek dünyada ilk dəfə Wi-Fi 7 texnologiyasını nümayiş etdirdi

Əvvəlki

GeForce NOW kitabxanasına 4 yeni oyun əlavə edilir

Sonrakı
Login/Sign up