GOOGLE

Gmail Google Play Store-da yüklənmə rekordu qırdı

0

Dünyanın ən çox istifadə edilən e-poçt xidmətlərindən biri olan Gmail Google Play Store-da yüklənmə rekordu qırdı.

1 aprel 2004-cü ildə açılan və dünyada ən çox istifadə edilən e-poçt xidmətinə çevrilən Gmail sürətlə böyüməyə davam edir. Google Play Store-da ən çox yüklənən proqramlar arasında yer alan Gmail Android tətbiqi 10 milyard yükləməni keçdi.

Bir çox Android cihazlarında əvvəlcədən quraşdırılmış Gmail, YouTube və Maps kimi populyar tətbiqlərdən sonra 10 milyard yüklənmə sayını keçən proqramlardan biri oldu. Təxminlərə görə, 10 milyard yükləməyə çatacaq növbəti tətbiq Google tərəfindən hazırlanmış Chrome veb brauzeri olacaq.

Pandemiyanın başlaması ilə “Bir e-poçt xidmətindən daha çoxu” kimi təsvir edilən Gmail, də təkmilləşdirilməyə başladı. Meet və Calendar kimi xidmətləri Gmail-ə inteqrasiya edən Google indi Workspace platformasının digər xidmətləri üzərində işləməyə başlayıb.

Gmail tezliklə Google Meet ilə inteqrasiya olunacaq. Şirkət səsli və ya video zəng etməyə imkan verən Gmail və Google Meet xidmətlərini birləşdirmək üçün söhbət bölməsinin yuxarı sağ küncündə nişanlar əlavə edəcək.

Yeni iPhone SE nə vaxt buraxılacaq?

Əvvəlki

WhatsApp qurucusu Brayn Akton Signal-ın başına keçdi

Sonrakı
Login/Sign up