MARKETİNQTEXNOLOGİYA

Genesis dron şousu ilə dünya rekordu qırdı

0

Dron şouları həmişə insanların diqqətini cəlb etmək istəyən şirkətlər üçün yaxşı bir seçim olmuşdur. Genesis də bunu çox yaxşı bilir. Şanxay bazarına giriş üçün yaradıcılığını ortaya qoyan şirkət qeyri-adi bir hava şousu ilə adını təkcə Şanxayda yox, bütün dünyada tanıtdı.

Hyundai şirkətinə məxsus avtomobil markası minlərlə dron ilə Şanxay xalqını təəccübləndirdi. Göydə görünən parlaq marka logosu ilə Çin bazarına daxil olan şirkət, bununla kifayətlənməyib Guinness Dünya Rekordunu da qırmış oldu.  Şirkət beləliklə, gücünü və yaradıcılığını hər kəsə sübut etdi.

2018-ci ildə bu rekord  2066 dron ilə Kalifornia səmalarını işıqlandıran Intel şirkətinə məxsus idi.  2020-ci ildə 3051 dron ilə Shenzhen Damoda Intelligent Control Technology Co., Ltd. rekordun yeni sahibi oldu. Amma Genesis 3281 dron istifadə edərək şirkətlərin hamısını geridə qoydu.

Volvo sürücüsüz yük maşını istehsalına başlayacaq

Previous article

Game of Thrones serialının ən çox izlənən bölümləri açıqlandı

Next article

You may also like

Comments

More in MARKETİNQ