XƏBƏRLƏR

Gənc nəsil yemir-içmir, smartfon alır

0

Gənclərin ağıllı telefonlardan istifadəsinə dair araşdırmanın nəticələri təəccübləndirir. Ailə gəliri minimum əmək haqqı səviyyəsində olan gənclər belə bahalı telefon almaqdan çəkinmirlər.

Araşdırma nəticələrinə əsasən, müasir dövrdə smartfona sahib olma yaşı 15 yaşın altına düşüb. Bu yaşdan etibarən aşağı model yəni, ağıllı olmayan telefonların istifadəsi gənclərdə demək olar ki, yox səviyyəsindədir. 4 nəfərlik bir ailədə ağıllı telefonların sayı ən azı 4-ə çatır.

Gənclərin markalara olan marağı da ən çox mobil cihazlarda üzə çıxır. Gənclərin 67.7%-i məşhur marka ağıllı telefonlara üstünlük verirlər.

Gənclərin ağıllı telefon istifadəsinə ayırdıqları vaxt da az deyil. Araşdırmalar göstərir ki, smartfon istifadəsinə gün ərzində ən azı 3 saat vaxt sərf edilir. Narahat edici məqamlardan biri də odur ki, bu gənclər hər hansı bir səbəblə telefonsuz qaldıqları zaman özlərini bədbəxt, tənha və narahat hiss etdiklərini söyləyirlər. 

Smartfonları həyatımızdan birdəfəlik çıxarmaq nə qədər mümkün olmasa da, “telefon və marka bağımlısı” olmaqdan qaçınmaq mümkündür.

Bridgerton serialı Netflix-də izlənmə rekordu qırdı

Previous article

Xbox Live Gold-da fevral ayında oynaya biləcəyəniz pulsuz oyunlar

Next article

You may also like

Comments

More in XƏBƏRLƏR