ƏYLƏNCƏOYUN

GeForce NOW kitabxanasına 4 yeni oyun əlavə edilir

0

Nvidia-nın bulud oyun texnologiyası GeForce Now-a 4 yeni oyun əlavə edilir.

Bu həftə GeForce NOW kitabxanasına dörd yeni oyun, o cümlədən Tom Clancy’s Rainbow Six Extraction əlavə olunur. Beləliklə, yeni Tom Clancy’s oyununu NVIDIA DLSS sayəsində dəqiq görüntülərlə daha yüksək kadr sürəti ilə oynaya biləcəksiniz.

Bundan əlavə, GeForce NOW ilə oyunçular Rainbow Six kainatından milyonlarla oyunçu ilə oyunu oynamaq şansına sahib olacaqlar. Qeyd edək ki, oyunçular Rainbow Six oyununda təkbaşına döyüşə bilər və ya üç nəfərə qədər komandalar şəklində oyun təcrübəsi yaşaya bilərlər.

Tom Clancy’s Rainbow Six Extraction daxil olmaqla, bu həftə kitabxanaya əlavə edilən bütün oyunların siyahısı:

  • Tom Clancy’s Rainbow Six Extraction (20 Yanvarda Ubisoft Connect-də yeni oyun təqdim olunur)
  • Blacksmith Legends (Steam)
  • Fly Corp (Steam)
  • Garfield Kart – Furious Racing (Steam)

Godzilla yeni Spin-off seriyası ilə Apple TV+ platformasına gəlir

Əvvəlki

Bitcoin ucuzlaşdı

Sonrakı
Login/Sign up